Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid iyunun 12-də “Caspian European Club tərəfindən Hyatt Regency Baku” otelində təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov da həmçinin CEO Lunch-ın fəxri qonaqları olublar.
Tədbir Caspian European Club-un Parlament komitəsi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunub. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə aşağıdakı mövzular müzakirə olunub: Xəzər dənizinin hüquqi satusuna dair Konvensiyanın imzalanmasından sonra biznes üçün perspektiv və imkanlar; Azərbaycanın qonaqpərvərlik sənayesinə investisiya; turizm sektorunun sürətli inkişafı: bu günü və sabahı. Eyni zamanda PNB Bankın , “Baroque Style” və “Qala Həyat” siğorta şirkətinin təqdimatları dinlənilib. CEO Lunch Baku iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.
Tədbirdə Xələf Xələfova və Florian Zenqstşmidə Caspian European Club-un fəxri üzvlük sertifikatları təqdim olunub. Caspian European Club-un yeni üzvləri olan Universal Pro və CJ İCM Logistics şirkətlərinə də üzvlük sertifikatları təqdim olunub.
CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət