“AtaBank” ASC müştərilərinə daha yüksək və operativ xidmət göstərmək məqsədi ilə bir sıra yeni xidmət və əməliyyatların icrasını bankın Qaynar xəttinə verib. Beləliklə, həm fiziki, həm hüquqi şəxslər bankın 136 qısa nömrəsinə zəng edərək və lazımi identifikasiyadan keçərək şəxsi hesabları haqda bütün məlumatı ala və müxtəlif xidmətlərdən yararlana biləcəklər.
Bundan əlavə bir müddət öncə bankın WhatsApp və Telegram əlavələrinə bağlı 050 9999136 telefon nömrəsi də istifadəyə verilmişdir. Artıq bu mobil əlavələrdən müraciət edən müştərilər yalnız bankın məhsulları və xidmətləri haqda yox, həmçinin hesabları haqda məlumatı və bir sıra əməliyyatları onlayn şəkildə apara biləcəklər.
Biznesin İnkişafı Departamentinin direktoru Oruc İbrahimov bildirdi ki, AtaBank-ın müştəriləri bank kartının bloklaşdırılması/blokdan çıxarılması, hesab haqda məlumat, kredit borcu haqda məlumat, AtaNet istifadəçi şifrələrinin və uğursuz PİN cəhdlərinin sıfırlanması və digər xidmətlərdən artıq banka gəlmədən faydalana biləcəklər və gələcəkdə müştərilərin rahatlığı üçün yeni innovativ imkanlar yaradılacaq.
Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər136qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər -https://atabank.com/az/
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət