Azərbaycanda ikinci karbamid zavodunun tikintisi 640-650 mln. avroya başa gələ bilər. Bu barədə bu gün jurnalistlərə “SOCAR Carbamid Plant”ın baş direktoru Xəyal Cəfərov məlumat verib.
"Biz Sumqayıtda ikinci karbamid zavodunun tikintisinin birinci zavodla müqayisədə 20-25% ucuz başa gələcəyini gözləyirik. Onun dəyəri təxminən 640-650 mln. avro ola bilər", - deyə X.Cəfərov "İnterfaks-Azərbaycan" agentliyinin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu, layihənin vergidən azad edilməsi və hər iki zavodun vahid ümumzavod təsərrüfatına malik olması hesabına mümkün olacaq.
"İkinci karbamid zavodu birinci zavodla tam eynilik təşkil edəcək. Biz görürük ki, karbamidə böyük tələbat var. Mövcud zavodun potensialının modernizasiya yolu ilə artırılması mümkün olmadığından onun yaxınlığında analoji müəssisəsinin yaradılması qərara alınıb", - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, hər iki zavod vahid idarəetmə sisteminə malik olacaq. Yeni layihənin daha dəqiq dəyəri injinirinqdən sonra müəyyən ediləcək.
"Türkiyənin “Tekfen” şirkəti ilə yeni zavodun tikintisinə dair memorandum artıq imzalanıb və hazırda tərəflər bu layihənin həyata keçirilməsi üzrə danışıqlar aparırlar", - deyə X.Cəfərov əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət