Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev Bakıda keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda AzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı, bu proqramın ölkənin İKT sektorunun dayanıqlı inkişafı, rəqəmsallaşma üçün yaradacağı imkanlar, eləcə də müasir şəraitdə rəqəmsal transformasiya prosesləri barəsində danışıb.
Forum çərçivəsində təşkil olunmuş, İKT, nəqliyyat və logostika mövzularına həsr olunmuş “Əlaqələndiricilik” (Connectivity) panelində məruzəçi qismində çıxış edən Fuad Allahverdiyev AzerTelecom şirkətinin artıq 10 ildən çoxdur ki, ölkənin İKT sektorunda fəaliyyət göstərdiyini, hazırda şirkətin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Digital HUB” proqramını icra etdiyini qeyd edib. O bildirib ki, “Digital HUB” proqramı ölkədə İKT sahəsində dayanıqlı infrastruktur quruculuğuna, telekommunikasiya sektorunun inkişafına, Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına, əlaqələndiricilik istiqamətində layihələrin icrasına və nəticədə ölkəmizin Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsinə istiqamətlənib.
Fuad Allahverdiyev proqram çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzərin dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə fiber-optik kabelin çəkilməsi üzrə Transxəzər magistralı layihəsinin icra ediliyini, bunun üçün iki dövlət arasında müvafiq dövlətlərarası sazişin imzalandığını və təsdiq olunduğunu qeyd edib. O “Digital HUB” proqramının ölkənin İKT sektoru ilə yanaşı qeyri-neft sektorunun digər sahələrinin də inkişafına mühüm töhfə verəcəyini, Avropa və Amerika kontentinin bura gətirilməsi və Asiyaya daşınmasına şərait yaradacağını, yeni iş yerlərinin formalaşması, qlobal İKT şirkətlərinin Azərbaycana cəlb edilməsinə səbəb olacağını, innovasiyaların tətbiqi üçün mühüm təməl olacağını qeyd edib.
Qeyd edək ki, iyunun 13-də keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət