SOCAR və Türkiyənin BOTAS şirkəti Trans-Anadolu (TANAP) qaz kəmərinin istismarı üçün birgə əməliyyat şirkəti yaradacaq. Bu barədə Türkiyə mətbuatı xəbər verir.
“SOCAR və BOTAS bir neçə ay əvvəl qazın TANAP-la etibarlı və fasiləsiz nəqlini təmin etmək üçün paritet əsaslarla (50%:50%) birgə əməliyyat şirkətinin yaradılması barədə razılığa gəlib. Yeni şirkət üçün Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istismarı ilə məşğul olan əməliyyat şirkətinin modeli istifadə olunacaq. Xüsusilə BTC-nin Türkiyə ərazisindəki hissəsinin idarə edilməsi məqsədilə BOTAS şirkəti tərəfindən “BOTAS International Limited Company” (BIL) yaradılıb”, - deyə məlumatda bildirilir.
SOCAR və BOTAS ilə yanaşı, Britaniyanın BP şirkəti də yeni əməliyyat şirkətində tərəfdaşlıq əldə etməyi nəzərdə tutur.
“Şirkət artıq bu məsələ ilə bağlı Ankarada bir sıra görüşlər keçirib və yeni əməliyyat şirkətinin iştirakçısı olmaq niyyətində olduğunu bildirib. Hazırda SOCAR və BOTAS bu təklifi dəyərləndirir”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına nəql olunacaq. Layihənin dəyəri $7 mlrd.-dır.
TANAP layihəsinin səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP şirkətləridir (12%).*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət