Bakı bu yay növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Norm Sement, Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Academy-nin birgə təşkilatçılığı ilə “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir 100-dən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə cari ilin iyun ayının 20-si, Four Seasons otelində baş tutacaq.
Tədbirə dəvət almış tikinti sektorunda fəaliyyət göstərən şirkət rəsmiləri və beton peşəkarları onlayn qeydiyyatdan keçməklə tədbirdə iştirak imkanı əldə edəcəklər. Konfrans müddəti ərzində dəvətlilər rəsmi hissədə panelistlərin çıxışlarını dinləyə və xarici şirkətlərin stendlərinin nümayiş olunduğu sərgi zalını ziyarət edə bilərlər.
Beynəlxalq beton konfransının ölkəmizdə təşkilinin əsas məqsədi tikintinin bütün sahələrində dəmir-beton konstruksiyalardan istifadənin artırılmasını stimullaşdırmaq, beton texnologiyasında son nailiyyətlərin ölkəmizdə tətbiqi, mövcud sahə üzrə Avropa təcrübəsindən faydalanmaq və ən müasir həll üsullarının tətbiqinə şərait yaratmaq, ümumilikdə tikinti sektorunun inkişafına təkan verməkdir.
Məlumdur ki, iqtisadiyyatın sürətli inkişafında və dinamik artımında inşaat sektorunun payı böyükdür. Tikinti sektorunun inkişafı xarici inşaat şirkətləri və tikinti materialları istehsalçısı olan zavodlar tərəfindən ölkə iqtisadiyyatına yatırılan sərmayenin artması, kütləvi iş yerlərinin açılması, ölkədə yeni infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin daha keyfiyyətli və uzunömürlü yaşayış binaları ilə təmin olunması deməkdir.
Beynəlxalq tədbirə ev sahibliyi ölkəmizdə tikinti sektorunun inkişafına xidmət etməklə yanaşı ölkəmizin dünya ictimaiyyətində xüsusi çəkisinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu isə ölkəyə uzunmüddətli xarici investisiyaların cəlb olunmasına, turist axınının artmasına, habelə ölkəmizin ictimai-siyasi stabil ölkə kimi tanınmasına və nəticədə daha çox iqtisadi qazanc əldə edilməsinə imkan yaradacaq.
Beləliklə, fəaliyyət müddəti boyunca ölkənin qeyri-neft sektorunun inkişafında kifayət qədər payı olan Norm Sementin bu təşəbbüsü gələcəyə hesablanmış uzunmüddətli yatırımdır.
Norm şirkəti beynəlxalq nüfuza malik CPİ Worlwide jurnalı və İCCX Academy ilə uğurla əməkdaşlığa davam edərək daha bir ilkə imza atacaq. Şirkət Avropanın mötəbər qurumlardan biri Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) həqiqi üzvüdür. Norm şirkətinin beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi digər qurum Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutudur. Hazırda VDZ tərəfindən zavodda istehsal olunan 5 çeşiddə sement və klinker məhsuluna illik uyğunluq sertifikatları təqdim olunur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət