"Bank Respublika" və Hollandiya İnkişaf Bankı (FMO) arasında $8 mln. məbləğində kredit müqaviləsi imzalanıb. Bu barədə "Bank Respublika"dan məlumat verilir.
Bildirilir ki, 3 il müddətinə ayrılan, aqro, kiçik və orta sahibkarlıq (KOS), həmçinin gənc sahibkarlar və qadın sahibkarların fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək.
“Kredit, banka kənd təsərrüfatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə fəaliyyətini genişləndirməkdə yardımçı olacaq. Cəlb olunan vəsaitlər regionlarda çalışan sahibkarlara, xüsusən də kənd yerlərində çalışan sahibkarlara böyük məbləğdə kreditlərin verilməsi üçün istifadə olunacaq”, - məlumatda vurğulanır.
Bu razılaşma beynəlxalq investorların son illərdə Azərbaycanın bank sektorunda bağladığı ən böyük kredit sazişlərindən biridir.
Bu nailiyyət, son illər ərzində mikro, kiçik və orta biznesi maliyyələşdirən qabaqcıl təşkilat kimi bazarda mövqeyini daha da möhkəmləndirən "Bank Respublika" komandasının gördüyü işlərin nəticəsidir.
“Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO ilə müqavilənin imzalanması, Bankımıza və onun kiçik və orta sahibkarlığın inkişafına dəstəyin verilməsi və ölkədə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş strategiyamıza olan yüksək inamı təsdiqləyir”, - bankın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
“Bank Respublika” 1992-ci yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın əsas səhm paketi iş adamı Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.** Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət