İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Yaponiya hökumətlərarası komissiyasının növbəti iclası cari ilin noyabr ayında Tokioda keçiriləcək. Bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katore məlumat verib.
“Noyabr ayında Tokioda iqtisadi əməkdaşlıqla bağlı hökumətlərarası komissiyanın iclası keçiriləcək”, - deyə o, Yaponiya imperatorunun tacqoyma mərasimi münasibətilə təşkil olunan diplomatik qəbulda bildirib.
Səfir qeyd edib ki, Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulduğu 26 il ərzində ölkələrimizin münasibətləri yüksələn xətlə inkişaf edərək yüksək səviyyəyə çatıb. Ötən müddət ərzində Yaponiya Azərbaycana xeyli maliyyə yardımları göstərib.
“İki ölkə arasında iqtisadi əlaqələrin başlıca sahəsi neft-qaz sektoru olsa da, başqa sahələrdə də əməkdaşlıq inkişaf etdirilir”, - deyə T.Katore vurğulayıb.
Onun sözlərinə görə, iclasda neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunda əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
Səfir deyib ki, oktyabr ayında Yaponiya imperatorunun doğum günü münasibətilə bu ölkəyə Azərbaycan nümayəndə heyətinin səfəri gözlənilir.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət