Caspian European Club-un dəstəyilə çap olunan Caspian Energy jurnalı 2019-cu ildə müxtəlif ölkələrdə 20 illik yubileyini qeyd edir. Yubiley tədbirləri silsiləsi iyunun 21-də Gürcüstanın paytaxtında keçiriləcək 8-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019” ilə açılacaq. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Caspian Energy Forum Tbilisi – 2019” Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadiyyat və enerji sahəsində inkişafına həsr olunub. Forumun açılışında Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin müraciəti oxunacaq, Gürcüstanın Prezident Administrasiyasının nümayəndələrinin, xarici dövlətlərin səfirlərinin, həmçinin Gürcüstan hökumətinin iqtisadiyyat və enerji blokunu təmsil edən yüksəkvəzifəli məmurlarının çıxışları dinləniləcək.
“Caspian Energy Forum Tbilisi – 2019”da aralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin iri beynəlxalq şirkətlərin və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin də yer aldığı 30 ölkənin 300-dən artıq nümayəndəsi iştirak edəcək.
Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
Tbilisi forumunun təşkilatçısı Caspian Energy Georgia şirkətidir. Forum Gürcüstan Hökumətinin, Azərbaycan Respublikasının Hökumətinin və Caspian European Club-un dəstəyilə keçirilir. Forumun sponsoru PASHA Bank Georgia, partnyorları isə “Agrotrade” Dövlət Aqrar Ticarət Şirkəti və UNEC Tədqiqat Fondudur.
Caspian European Club və onun Gürcüstan partnyoru olan Caspian Energy Georgia 2019-cu ilin sentyabrından aylıq biznes-forumların və CEO Lunch Tbilisi-nin təşkilinə başlayacaq. Caspian European Club-un dünyanın 70 ölkəsindən olan bütün üzvlərinin Gürcüstanın investisiya imkanları, hökumətin iqtisadiyyatın müxtəlif sahələrində biznes layihələrinin həyata keçirilməsi üçün yaratdığı şəraitlə tanış olmaq, həmçinin Gürcüstan şirkət və təşkilatları ilə sıx və qarşılıqlı səmərəli əlaqələr qurmaq üçün nadir imkanları olacaq.
Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019”a qeydiyyat www.caspianenergyforum.com saytında aparılır.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət