Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY-yə bu dəfə “AtaBank” ASC layiq görüldü.
Mükafat 19.06.2019-cu il tarixində Park İnn by Radisson Baku otelində bütün namizəd nümayəndələrinin dəvət olunduğu rəsmi mükafatlandırma mərasiminə banka təqdim edildi. İqtisadiyyat və biznes nominasiyasında iqtisadiyyat, maliyyə, biznes ilə bağlı analitik və icmal internet mənbələri sırasında AtaBank yenilənmiş internet səhifəsi ilə bu müsabiqəyə qatılmışdı.
Məlumat üçün bildirək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib və informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
İlkin səsvermə nəticəsində “AtaBank” ASC-nin rəsmi saytı Ekspert Şurasının üzvləri tərəfindən 200 bal və Virtual Münsiflər tərəfindən 37 bal əldə edərək topbirincilikdə yer almışdı. Daha sonra Müsabiqə qaliblərini Akademiya nümayəndələri səs verərək təyin etdilər.
İqtisadiyyat və Biznes nominasiyası üzrə birinci yeri qazanan AtaBank-a NETTY heykəlciyi təqdim edildi.
Tədbirdə iştirak edən bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov qeyd etdi ki, bankın yeni saytı üzərində komanda şəklində çalışıblar və ərsəyə getirdikləri bu işə görə əməyi keçmiş hər kəsə təşəkkürünü bildirdi. atabank.com müştəriyönümlü olması ilə yanaşı, innovativ marketinq aləti kimi seçilir və NETTY mükafatı buna ən mükəmməl sübut oldu.
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
NETTY 2019 mükafatına layiq görülmüş bank saytı ilə buraya keçib tanış ola bilərsiniz.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət