2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana 518,7 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəricisindən 27,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $117 mln. 80 min (artım 1,7 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana $36 mln. 988,3 min dəyərində (artım 4,3 dəfə) 98,354 min ton şəkər xammalı və şəkər (artım 5,1 dəfə), $32 mln. 362,2 min dəyərində (azalma 24,9%) 43,075 min ton bitki yağı (azalma 16,4%), $16 mln. 688,4 min dəyərində (artım 5,9%) 4,376 min ton çay (artım 5,9%), $20 mln. 587,8 min dəyərində (azalma 20,1%) 4,155 min ton kərə yağı və süd (azalma 4,8%) idxal edilib.
Bundan əlavə, yanvar-aprel aylarında respublikaya $8 mln. 974,9 min dəyərində (artım 14,8%) 2,844 min ton iribuynuzlu heyvan əti (artım 9,9%), $13 mln. 56,7 min dəyərində (artım 45,1%) 12,385 min ton quş əti və ondan hazırlanan məmulatlar (artım 41,3%) idxal olunub.
Bu dövrdə respublikaya $44 mln. 976,2 min dəyərində (artım 26,2%) 48,373 min ton meyvə (artım 5,4%), $5 mln. 926,7 min dəyərində (artım 22,2%) 12,033 min ton tərəvəz (artım 33,4%), $23 mln. 264 min dəyərində (artım 19,1%) 89,322 min ton kartof (artım 15,8%) idxal edilib.
Yanvar-aprel aylarında ölkədən $56 mln. 271,2 min dəyərində (artım 19,5%) 56,248 min ton tərəvəz (artım 30,6%), $89 mln. 157,5 min dəyərində (artım 48%) 70,879 min ton meyvə (artım 32,7%) ixrac edilib.
Bundan əlavə, hesabat dövründə Azərbaycandan $4 mln. 438,1 min dəyərində (azalma 39,1%) 9,881 min ton şəkər (azalma 18,4%), $2 mln. 40,2 min dəyərində (azalma 10,1%) 2,127 min ton bitki yağı (azalma 2,4%) ixrac edilib.
Həmçinin yanvar-aprel aylarında Azərbaycandan $4 mln. 203,2 min dəyərində (artım 19,8%) 3,809 min ton meyvə və tərəvəz şirələri (artım 38,6%), $1 mln. 876,9 min dəyərində (azalma 15,3%) 132,3 min dekalitr təbii üzüm şərabı və üzüm suslosu (azalma 19,1%), $2 mln. 903,4 min dəyərində (artım 12,7%) 2 min 63,5 ton (artım 11%) meyvə və tərəvəz konservi, $5 mln. 385,7 min dəyərində (artım 38,2%) 2,302 min ton (artım 2 dəfə) tütün ixrac edilib. **
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət