Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda milli valyuta ilə istiqrazlar buraxmağa hazırlaşır. Bunu bankın prezidenti Dmitri Pankin deyib.
“Biz konkret ölkədə milli valyutada istiqrazlar buraxırıq, sonra onları yerləşdiririk. Bizə bu məsələdə milli banklar və yerli kredit təşkilatları kömək edir. Əldə olunan yerli valyutanı artıq yerli iri layihələrin kreditləşməsi və ya banklar vasitəsilə xüsusi proqram çərçivəsində kiçik və orta biznesi maliyyələşdiririk. Bizim tərəfdən bu cür sxem artıq Ermənistan, Gürcüstan və Rumıniyada artıq işlənib. Hazırda Azərbaycanda buraxılış hazırlayırıq”, - Pankin Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, milli valyutada kreditləşmə - 2007-2008-ci illərdə baş verən böhranın nəticəsidir, həmin dövrdə inkişaf edən bazarların pul vahidləri kəskin ucuzlaşdı. “Biznes anladı ki, dollarla kredit götürmək, gəliri isə özünün valyutası ilə əldə etmək çox risklidir. Buna görə özünün valyutası isə kreditlərin götürülməsi tendensiyası daha çox likvidliyin düzgün idarə olunmasıdır, nəinki Amerika hökumətinin sanksiya tətbiq edərək və hesabı dondura bilməsi səbəbindən dollardan qaçmaqdır”, - o qeyd edib.
20 illik fəaliyyəti dövrü ərzində bankın kredit portfelində Azərbaycanın ümumi payı 6,1% təşkil edir.
Pankin əlavə edib ki, bankın səhmdarlarının sayı arta bilər. “Keçmiş Yuqoslaviya öklkılərinin bəziləri ilə bununla əlaqədar danışıqlara parılır. Lakin məsələ sadə və tez həll olunan deyil”, - o vurğulayıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. 2018-ci ilin sonuna bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 53,867 mln. avro həcmində qiymətləndirilir. **
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət