Milli Məclis 2019-cu il dövlət büdcəsinə dəyişiklikləri I oxunuşda qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlir və xərclərinin ümumi məbləği dəyişməyib.
“Müdafiə xərcləri” maddəsi üzrə 150 mln. manat məbləğində əlavə vəsait yönəldiləcək. Onların həcmi 3 mlrd. 187 mln. 618,152 min manatadək artacaq (cari məzənnə ilə $1,88 mlrd.-a yaxın). Beləliklə, 2019-cu il dövlət büdcəsində müdafiə xərcləri 4,9% artacaq.
Əvəzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayrılan vəsaitin məbləği 150 mln. manat azaldılır.
Bundan başqa, parlamentdə DSMF-nin büdcəsinə dəyişikliklər də təsdiq edilib. Dəyişikliklərə əsasən, cari ildə fondun gəlir və xərcləri 200 mln. manat - 4 mlrd. 128,104 mln. manatadək artırılır.
İşsizlikdən Sığorta Fondunun büdcəsinə edilən dəyişikliklər də təsdiqlənib. Bu dəyişikliklərə əsasən, cari ildə fondun gəlir və xərcləri 15 mln. manat - 98 mln. 451,4 min manatadək artır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət