Daşınmaz əmlak sığortası Azərbaycanda sığorta bazarının inkişafı üçün əsas vasitə ola bilər. “AzRe Təkrarsığorta” şirkətinin Müşahidə Şurasının sədri Fuad Quliyev belə hesab edir.
"Azərbaycanın sığorta bazarının böyük inkişaf potensialı var və əmlak sığortası bu inkişafın əsas drayveri ola bilər. Bizdə daşınmaz əmlakın icbari sığortası növü tətbiq olunsa da, onun penetrasiyası çox azdır. Buna görə nüfuzetmə səviyyəsini artırmaq üçün mexanizm lazımdır", - deyə o, bu gün Azərbaycanın sığorta bazarına həsr olunmuş beynəlxalq sığorta forumunda bildirib.
F.Quliyev qeyd edib ki, daşınmaz əmlakın sığortası növündə risklərin təkrar sığortası çox vacibdir.
"İndi biz bunun üzərində işləyirik və regionumuzda tez-tez baş verən zəlzələlərlə bağlı risklərin təkrar sığortalanması mexanizmini hazırlayırıq. Bu, həm də sığorta şirkətlərinin marağını artıracaq və onlar risklərin bir hissəsini təkrar sığortaçılara ötürə biləcək", - deyə sədr əlavə edib.
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət