ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanda saxlanılan şəxslərin dəyişdirilməsi üzrə Bakı və İrəvanın atdığı addımları alqışlayır. Bu barədə ATƏT-in saytında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin vasitəçilərinin bəyanatında deyilir.
“İyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları qarşılıqlı olaraqazad etmələrini alqışlayan həmsədrlər belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini də yüksək qiymətləndiriblər”, - sənəddə deyilir.
Həmsədrlər tərəfləri sülhə rəvac verən, substantiv danışıqlar üçün əlverişli olan ab-havanı daha da bərqərar edəcək əlavə konkret humanitar addımlar atmağa çağırırlar.
Xəbər verildiyi kimi, Bakı Ermənistan vətəndaşı Zaven Karapetyanı Ermənistana təhvil verməklə erməni girovluğunda olan Qazax rayon sakini Elvin İbrahimovu təhvil alıb. Mübadilə bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilir ki, E.İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib. O, girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanmış, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qalmışdı.
E.İbrahimov bu ilin mart ayında girov götürülüb.**
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət