«Az Varvara» MMC balıq yetişdirmə ilə məşğul olan «Varvara Balıq» ASC-nin inkişafına 12 mln. manat ($7,05 mln.) sərmayə qoyacaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatında deyilir.
“Komitəyə iki iddiaçı tərəfindən investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Az Varvara” MMC “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Qalib şirkət müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 mln. manat investisiya yatıracaq”, - deyə məlumatda bildirilir.
Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda, vəsait təmir-tikinti işləri və inzibati binanın restrukturizasiyasına, su təchizat sisteminin yeniləndirilməsi, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək. Burada nəsli kəsilməkdə olan balıqların (nərə, uzunburun) yetişdirilməsi planlaşdırılır.
Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.
“Müəssisəyə investisiya qoyuluşları nəticəsində 150 yeni iş yeri yaradılacaq”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, qalib şirkət dövlət büdcəsinə 1,25 mln. manat məbləğində pul vəsaiti köçürəcək.
“Varvara Balıq” 1956-cı ildə yaradılıb və Yevlax rayonunun Varvara kəndində yerləşir. Hazırda müəssisədə 18 nəfər çalışır.
Müəssisənin nizamnamə kapitalı 3,018 mln. manat təşkil edir və hər birinin nominal dəyəri 2 manat olan 1,509 mln. ədəd səhmə bölünüb.
Müəssisənin öhdəlikləri 3,898 min manata bərabərdir, əməkdaşların əmək haqları üzrə borclar 3,737 min manat təşkil edir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət