Azərbaycan prezidenti İlham Əliyev çərşənbə aşxamı Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sənəd ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilməsi nəzərdə tutulur.
Bundan əlavə, Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq, həmçinin onun təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək. Prezident Nazirlər Kabinetinə bununla əlaqədar məsələlərin həllini tapşırıb.
Fərman Salmanov 1931-ci il iyulun 28-də anadan olub. Dünya tarixində nəhəng və iri neft və qaz yataqlarının kəşfində iştirak edən ən perspektivligeoloqdur. Sosialist Əməyi Qəhrəmanı (1966), Rusiya Federasiyasının əməkdar geoloqudur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir.
Salmanov Sibir neftini ilk kəşf edənlərdən biridir, eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olub (1991). O, Tümen geologiya məktəbinin təsisçisi, Sibirdə geoloji kəşfiyyat işlərinin aparıcı təşkilatçılarından olub. Qərbi Sibirdə 150-dən çox neft və qaz yatağının kəşf edilməsinin iştirakçıısıdır.
Rusiyanın Surqut hava limanına Fərman Salmanovun adı verilib.
Salmanov 2007-ci il martın 31-də vəfat edib. O, Moskva şəhərində Vaqankovo qəbiristanlığında dəfn olunub. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət