Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının 0,03%-i geri qaytarılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
"2019-cu il yanvarın 1-dən bu günədək Rusiyaya 319,764 min ton kənd təsərrüfatı məhsulları ixrac edilib və cəmi 5 nəqliyyat vasitəsi müxtəlif səbəblərdən geri qaytarılıb. Qaytarılmış məhsulların həcmi Rusiyaya ixrac edilən məhsulların 0,03%-ni təşkil edib", - deyə Q.Təhməzli bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iki nəqliyyat vasitəsi avtomobillərin sənədlərində problemlərin olması səbəbindən geri qaytarılıb.
"Pomidor, gilas və tütün daşıyan üç nəqliyyat vasitəsi isə bu məhsullarda parazitlərin olması səbəbindən Rusiyaya buraxılmayıb. Müvafiq fitosanitar tədbirlər görüldükdən və sənədlərlə bağlı problemlər həll edildikdən sonra nəqliyyat vasitələrinin beşi də yenidən Rusiyaya yola salınıb”, - deyə sədr qeyd edib.
O vurğulayıb ki, keyfiyyətsiz kənd təsərrüfatı məhsullarının kütləvi şəkildə Azərbaycana geri qaytarılması və yerli bazara yönəldilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət