“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda problemlərin qaldığını qeyd edir. Bu barədə agentliyin məlumatında deyilir.
“Azərbaycanın bank sektoru zəif olaraq qalır ki, bu da Fitch Bank System Indicator (BSI) üzrə «b» göstəricisinə uyğundur”, - deyə məlumatda bildirilir.
2019-cu ilin may ayında qeyri-işlək kreditlərin payı 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 12,7% təşkil edib.
“Dollarlaşmanın səviyyəsi yüksək olaraq qalır – depozitlərin 59,6%-i və kreditlərin 35,0%-i xarici valyutada nominallaşdırılıb. Eyni zamanda, prudensial tədbirlər, manat depozitləri üzrə əlverişli faiz dərəcələri və sabit mübadilə məzənnəsi sayəsində dollarlaşmanın səviyyəsi bir qədər azalıb”, - deyə məlumatda qeyd olunur.
“Fitch”, həmçinin sektorun restrukturlaşdırıldığını, özəl sektorun kreditləşdirilmə səviyyəsinin artdığını və kapitallaşma göstəricilərinin yaxşılaşdığını qeyd edir.
“Sektorun restrukturizasiyası prosesi gedir və özəl sektorun kreditləşdirilməsi üzrə artım bərpa olunaraq 2018-ci ildə 14,9%-ə çatıb. Cari ilin may ayında kapitallaşma 24,3%-dək (2018-ci ilin sonuna 19,4%) artıb", - deyə məlumatda vurğulanır.
“Fitch”in qiymətləndirmələrinə görə, 2018-ci ilin sonuna bank sektoru üzrə xalis açıq valyuta mövqeyi $1,1 mlrd. (ÜDM-nin 2,3%-i) təşkil edib ki, bu da dövlət üçün əlavə xərclərin yaranmasına səbəb ola bilər.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət