Ölkənin ən güclü 4G (LTE-A) şəbəkələrindən birinə malik olan “Nar” mobil operatoru 21-27 iyul tarixlərində paytaxtımızda baş tutan “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” müddətində 48 ölkəni təmsil edən gənc atletlərin, eyni zamanda festival tamaşaçılarının telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin edilməsi işlərini başa çatdırıb.
Mobil operator “EYOF 2019” tədbirinin tələblərinə cavab vermək, həmçinin olimpiya həyəcanını sosial şəbəkələrdə paylaşmaq istəyən tamaşaçıları yüksəksürətli internetlə təmin etmək məqsədilə təyin olunmuş ərazilər üzrə mobil rabitə şəbəkəsində təhlilləri tamamlayıb. Yarış ərazisi və tədbir məkanlarında müştərilərin tələbləri nəzərə alınaraq mobil rabitə şəbəkəsində tutum əhəmiyyətli dərəcədə genişləndirilib, istifadəçilər üçün yüksəksürətli 4G (LTE-A) texnologiyalı mobil internetdən istifadə imkanları yaradılıb. “Nar” ziyarətçilərin sayının çoxluq təşkil edəcəyi məkanlarda telekommunikasiya xidmətlərindən sabit istifadənin təmin edilməsi üçün müvafiq ərazilərdə mobil baza stansiyası quraşdırıb. Qeyd edək ki, mobil rabitə şəbəkəsinin təhlili və dayanıqlığının təmin edilməsi işləri xüsusi ilə oyunların baş tutacağı 13 yarış ərazisi və paralel olaraq qeyri-yarış ərazilərində həyata keçirilib.
“Nar” əməkdaşları 24/7 rejimində şəbəkəyə nəzarət edərək yarışların keçiriləcəyi məkanlarda mobil rabitə şəbəkəsinin stabilliyini təmin edəcək və şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət