Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və “BM Morrison Partners” (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
“Memorandum AMADA-nın fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya Komitələrində AMADA-nın yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda olan işlərdə BM hüquq şirkəti tərəfindən bu idmançılara hüquqi yardım göstərilməsini nəzərdə tutur”, - deyə agentliyin məlumatında bildirilir.
Şirkət idmançılara hüquqi xidmətləri pro bono (ödəniş almadan) əsasında göstərəcək. Bütün işlərin təcrübəli vəkillər və hüquqşünaslar tərəfindən aparılması nəzərdə tutulur.
“Bu memorandum idmanda dopinqə qarşı mübarizə və antidopinq qaydalarının tətbiqi zamanı insan hüquqlarının qorunmasını gücləndirmək, idmançıların ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq məqsədlərini daşıyır. Bu fundamental hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Şurasının Antidopinq Konvensiyası və idman sahəsini əhatə edən digər beynəlxalq sənədlərdə əks etdirilir”, - deyə AMADA-nın direktoru və Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini Şəfəq Hüseynli imzalanma mərasimi zamanı deyib.
Onun sözlərinə görə, antidopinq təşkilatları və hüquq şirkətlərinin bu formada əməkdaşlığı idman dünyası üçün bir yenilikdir.
“Belə şəffaf və qanunçuluq proseslərinin bir hissəsi olmaq bizim kimi bir müstəqil hüquq şirkəti üçün kifayət qədər vacib hadisədir. Ölkənin aparıcı şirkəti olaraq bu sahəyə töhfə verməyimizdən qürur duyuruq. Bütövlüklə Birləşmiş Krallıq kapitalı ilə fəaliyyət göstərən bir yerli hüquq şirkəti kimi, biz ən yaxşı Britaniya təcrübəsini Azərbaycana gətirməyə şad olarıq”, - deyə “BM Morrison Partners” hüquq şirkətinin baş partnyoru Fərhad Mirzəyev bildirib.
Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.
Azərbaycan Respublikasının ilk özəl hüquq şirkəti olan “BM Morrison Partners” 1992-ci ildə təsis edilib. BM xarici dövlətlərdə (Böyük Britaniya, BƏƏ və Rusiya) nümayəndəlikləri olan ilk və yeganə Azərbaycan hüquq şirkətidir. Geniş profilli hüquq şirkəti olan BM hüququn bütün sahələri üzrə böyük təcrübəyə malikdir.*
F.İsazadə
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət