Bank VTB (Azərbaycan) Villa Petrolea -Nobel qardaşları muzeyində Mastercard Black Edition Premium kartının təqdimatını keçirib. Müştərilər üçün təşkil olunan tədbirdə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri və üzvləri, eləcədə bankın tərəfdaşları, iş adamları, tanınmış ictimai xadimlər iştirak edib.
“ Bank VTB (Azərbaycan)-ın əsas məqsədi – müştərilərə geniş çeşidli və keyfiyyətli xidmət təqdim etməkdir. Mastercard Black Edition kartı daha tələbkar və imkanlı müştərilərimizin gözləntilərinə cavab verən kartdır. Biz Mastercard Black Edition kartına daha çox imtiyazlar əlavə edərək kart sahiblərinin imkanlarını genişləndirmişik. Əminik ki, qısa zamanda bizim kartımız maliyyə bazarında ən cəlbedici məhsula çevriləcəkdir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Mastercard Black Edition kartı müştərilərə bir sıra üstünlüklər, o cümlədən özəl xidmət, hava limanlarının Lounge Key biznes-zallarından istifadə, konsyerj-xidmət, eləcə də bütün sığorta növləri üzrə sərfəli şərtlər təklif edir. Bu, multivalyuta kartıdır və müştərilərə dörd valyutada – manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir.
“Biz kart istifadəçilərimizə qabaqcıl texnologiya üzrə xidmətlər göstərmək üçün daim çalışırıq. Mən, bu gün aktual maliyyə xidmətini bank VTB (Azərbaycan) ilə təqdim etməyə şadam. VTB (Azərbaycan) üçün müasir bank xidmətlərini təqdim etmək əsas prioritetdir. İndi Mastercard Black Edition istifadəçiləri Azərbaycan bazarı üçün tamamilə yeni olan Master Traveller Rewards loyallıq proqramından istifadə edə bilər. Müştərilər xarici ölkələrdə müəyyən premium merçantlarda alış-veriş edərkən Cash Back əldə edəcək” –Mastercard ödəniş sisteminin Azərbaycandakı nümayəndəsi Emil Zeynalov qonaqlara Mastercard-ın xüsusi təklif və yeniliklərdən danışarkən bildirib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət