2019-cu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 98 mln. barel (13 mln. ton) neft hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin I yarısında AÇG blokundan 108 mln. barel neft hasil olunub. Beləliklə, bu ilin yanvar-iyun aylarında sözügedən müqavilə sahəsindən neft hasilatı 9,3% azalıb.
Cari ilin I yarısında şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% - $929 mln.-dək azaldıb. «Bu məbləğdən $272 mln.-u əməliyyat xərclərinin, $657 mln.-u əsaslı xərclərin payına düşüb», - mətbuat xidmətindən qeyd olunur.
Bu dövrdə orta sutkalıq neft hasilatı 542,4 min barrel (ötən ilin I yarısında 596 min barel) olub.
I yarımillikdə “Çıraq” platformasından sutkada 42 min barel (2018-ci ilin I yarısında sutkada 49 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 131 min barel (sutkada 158 min barel), ”Qərbi Azəri” platformasından 120 min barel (sutkada 127 min barel), “Şərqi Azəri” platformasından 94 min barel (sutkada 96 min barel), “Dərinsulu Günəşli” platformasından 96 min barel (sutkada 107 min barel), “Qərbi Çıraq” platformasından 60 min barel (sutkada 59 min barel) neft hasil olunub.
Xəbər verildiyi kimi, 2018-ci ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından neft hasilatı 213 mln. barel (29 mln. ton), orta sutkalıq neft hasilatı isə 584 min barel həcmində olub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət