Bank VTB (Azərbaycan) Mastercard Black Edition kart istifadəçiləri üçün aksiyaya başlayıb. Akisyanın şərtlərinə əsasən, 18 sentyabr 2019-cu il tarixinədək bank VTB (Azərbaycan)-ın Black Edition kartı vasitəsilə ən azı 500 manat dəyərində aviabilet alan kart istifadəçisi Lounge Key proqramı üzrə istənilən hava limanının biznes-zallarına 2 pulsuz giriş əldə edir.
Lounge Key - dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının hava limanında mövcud olan 1000-dən çox biznes-zallarından istifadə imkanı verən beynəlxalq xidmətdir. Proqram sayəsində istifadəçi, aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq yüksək rahatlıq üçün hər bir şəraitlə təmin olunmuş zaldan yararlana bilir.
Bank VTB (Azərbaycan)-ın Mastercard Black Edition premium kartı geniş çeşiddə imtiyazlara sahibdir. Bura hava limanlarında özəl xidmət, səyahət edənlər üçün təcili tibbi xərclər, qış idman növləri, reysin gecikməsi və digər xərcləri əhatə edən sığorta proqramı, konsyerj və digər xidmətlər daxildir.
Kart müştərilərə dörd valyutada – manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir. Belə olan halda konvertasiyaya görə komissiya nəzərdə tutulmayıb. Kartın bütün hesabları üçün xaricdə 100 manatdan (və ya xarici valyuta ekvivalenti) artıq nağdsız əməliyyat zamanı 1% məbləğində Cash Back bonus proqramı nəzərdə tutulub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət