Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistan XİN baş nazir Nikol Paşinyandan sonra Dağlıq Qarabağ bölgəsinə münasibətdə İrəvan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edib.
“Ermənistan XİN-i Azərbaycan hökumətini Paşınyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün "birlik, həmrəylik, inkişaf və tərəqqi" mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır. Bu ölkənin baş nazirinin arxasınca, “nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN-i faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Yerevan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir”, - Azərbaycan XİN Mətbuat Xidməti idarəsinin şərhində deyilir.
Qeyd olunur ki, “Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”.
“Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli və kifayət qədər aydın yazılmış bəyanatında məhz bu sözlər qeyd edilir”, - nazirlik vurğulayır.
Xəbər verildiyi kimi, Dağlıq Qarabağa səfər çərçivəsində Paşinyan bəyan edib ki, Ermənistan hökuməti meqalayihələrin planını qurur. Onlara əsasən, 2050-ci ilə qədər bu ölkənin əhalisinin sayını 5 mln. nəfərə çatdırmaq, 1,5 mln. iş yeri yaratmaq, 2,5 mln. nəfərin məşğulluq məsələsini həll etmək və yoxsulluğu aradan qaldırmaq lazımdır. “Biz Ermənistanda ÜDM-ni 15 dəfə artırmaq, $10 mlrd. kapital ilə ən azı 5 Ermənistan texnoloji şirkət yaratmaq niyyətindəyik. Ermənistan dünyanın ən güclü 20 ordusu sırasına daxil olmalı, effektivliyinə görə dünyanın ən güclü xüsusi xidmət orqanlarının onluğuna daxil olan xüsusu xidmət orqanına malik olmalıdır. Çoxlarınız sual verə bilər ki, nə üçün Qarabağ bu planlarda yoxdur. Cavab aydındır: Qarabağ – Ermənistandır, vəssalam”, - Paşinyan bəyan edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək. “Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək”, - Hacıyev qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli bəyanatında deyilir ki, Paşinyanın səsləndirdiyi bəyanat Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə açıq ziddiyyət təşkil edir. “Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir”, - bəyanatda bildirilir. Qeyd olunur ki, bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət