Öz strategiyasında korporativ mədəniyyətin inkişafına böyük əhəmiyyət verən “Bank Respublika” Azərbaycanda ilk dəfə olaraq əməkdaşları arasında dünyaca məşhur “Happyforce” platformasını tətbiq etməyə başlayıb.
Happyforce - əməkdaşların xoşbəxtlik dərəcəsini ölçməyə imkan verən daxili ünsiyyət kanalıdır. Bu platforma vasitəsilə əməkdaşlar əhvalına uyğun səs verə və şərhlərini real vaxtda və anonim şəkildə paylaşa biləcəklər.
Platformanı işçilər arasında tətbiq etməklə Bank, gündən-günə sayı artan əməkdaşları arasında korporativ mədəniyyət və iş mühitinin daha da yaxşılaşdırmağı planlaşdırır.
“Happyforce platformasının yaranmasından bu günə qədər, təxminən 4 il ərzində, dünyanın bir çox ölkələrində müxtəlif sahələr üzrə fəaliyyət göstərən yüzlərlə təşkilatla görüşmüşəm. Təcrübəmə əsasən əminliklə deyə bilərəm ki, uğurunun əsasını dürüstlük, şəffaflıq və açıq ünsiyyət təşkil edən, müştəriləri qədər işçilərinə dəyər verən təşkilatların sayı çox azdır. Bu səbəbdən, belə bir təşkilatla qarşılaşdıqda sevinc və fərəh hissi keçiririk. Bank Respublikanın bu hərəkata qoşulan, komanda və insanları idarə etmək üçün innovativ və humanist yanaşmaları tətbiq edən həmin təşkilatlardan biri olması ilə fəxr edirik” – deyə Happyforce şirkətinin Baş İcraçı Direktoru Alex Rios bildirib.
“Bank Respublika olaraq müştərilərimiz və tərəfdaşlarımızla yanaşı, əməkdaşlarımızın da məmnuniyyətinin daima qayğısına qalmağa çalışırıq. Happyforce platformasının tətbiqində başlıca məqsədimiz əməkdaşlarımız üçün daha yaxşı iş şəraiti və şərtlərinin məhz onların təşəbbüs və təklifləri əsasında qurulmasıdır. Əməkdaşlarımızı dinləmək, problem və ya çətinliklərinin həlli istiqamətində zəruri addımları atmaq, ideya və təşəbbüslərini dəyərləndirməklə onların xoşbəxtliyini təmin etmək əsas hədəflərimizdən biridir”- deyə, bankın İnsan Resursları Departamentinin direktoru İlkin Zeynallı bildirib.
Daha ətraflı məlumatı bankın rəsmiinternet saytında,facebooksəhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət