Azərbaycanda iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel (iyunda 768 min barrel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Respublikadaiyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub. Bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
OPEC+ razılaşmasına əsasən, Azərbaycan gündəlik neft hasilatını 20 min barrel – 776 min barrelədək azaltmaqla bağlı öhdəlik götürüb.
“Cari ilinyanvar-iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib. Bununla da Azərbaycan OPEC razılaşması çərçivəsində götürdüyü öhdəlikləri tam yerinə yetirir”, - deyə məlumatda qeyd olunur.
“2019-cu ilin iyul ayında gündəlik 500 min barrel xam neft (iyunda 471 min barrel), 70 min barrel kondensat və 29 min barrel neft məhsulları ixrac edilib.
Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. OPEC və qeyri-OPEC ölkələrinin iyulun 2-də Vyanada keçirilmiş iclasının yekunları üzrə neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 2020-ci ilin I rübünün sonunadək uzadılıb.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət