Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir. Bunu Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, K.Vəliyev bu gün Bakıda Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Ruslan Salikovla görüşüb.
“Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-leytenant K.Vəliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
O, iki ölkə arasında əməkdaşlığın qarşılıqlı etimad əsasında aparıldığını və bu əlaqələrin genişləndirilməsinin zəruriliyinini qeyd edib.
Öz növbəsində, R.Salikov hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.*
B.Rüstəmbəyov
Gürcüstan 10 min tondan çox naringi ixrac edib, Azərbaycan ənənəvi idxalçılar sırasındadır
Arnaud Breuillac: “Abşeron” yatağı son 10 ildə “Total” şirkətinin ən böyük kəşfi olub
Azərbaycan prezidenti və I vitse-prezident Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Cabbarov Simonyana: İrəvanın mərkəzində kimin abidələrinin ucaldılması barədə düşünün
Azərbaycan prezidenti Şamaxıda səfərdədir
Prezident Əliyev: Naftalan beynəlxalq kurort mərkəzi olmalıdır
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfəri ötüb
Deputat Kalaşnikov: Ermənistan Rusiyadan digər ölkələrə tədarük olunmayan silah alır
2020 AccessBank üçün mənfəət ilidir
Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid
Bank VTB (Azərbaycan)-ın kollektivi ağacəkmə aksiyasına qoşulub
Dövlət Gömrük Komitəsi və “Caspian European Club” B2G Forum təşkil edib
“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açdı
Gələn ilin yazında Azərbaycanda II Argus Neft Sammiti keçiriləcək
Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək