Azərbaycanın Rusiyadakı səfirliyi Pyatiqorsk şəhərində keçirilmiş “Maşuk-2019”Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota verib.
“Avqustun 9-da Pyatiqork şəhərində keçirilmiş “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu çərçivəsində Ermənistanın Rusiyadakı səfiri tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da forumda iştirak edən “Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib”, - deyə səfirliyin məlumatında bildirilir.
Sabir Rüstəmov bununla bağlı səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib.
“Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib. Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha əvvəl əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov
Gürcüstan 10 min tondan çox naringi ixrac edib, Azərbaycan ənənəvi idxalçılar sırasındadır
Arnaud Breuillac: “Abşeron” yatağı son 10 ildə “Total” şirkətinin ən böyük kəşfi olub
Azərbaycan prezidenti və I vitse-prezident Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
Cabbarov Simonyana: İrəvanın mərkəzində kimin abidələrinin ucaldılması barədə düşünün
Azərbaycan prezidenti Şamaxıda səfərdədir
Prezident Əliyev: Naftalan beynəlxalq kurort mərkəzi olmalıdır
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfəri ötüb
Deputat Kalaşnikov: Ermənistan Rusiyadan digər ölkələrə tədarük olunmayan silah alır
2020 AccessBank üçün mənfəət ilidir
Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid
Bank VTB (Azərbaycan)-ın kollektivi ağacəkmə aksiyasına qoşulub
Dövlət Gömrük Komitəsi və “Caspian European Club” B2G Forum təşkil edib
“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açdı
Gələn ilin yazında Azərbaycanda II Argus Neft Sammiti keçiriləcək
Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək