Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunması ilə əlaqədar Rusiya Federasiyasının prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.
“Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətə verdiyiniz yüksək qiymətə və Rusiyanın “Dostluq” ordeni ilə təltif olunmağım ilə əlaqədar sizə təşəkkürümü bildirirəm”, - Mehriban Əliyevanın Putinə ünvanladığı məktubda deyilir. Bu barədə Azərbaycanın rəsmi mətbuatı məlumat verir.
Birinci vitse-prezident qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bir çox sahələri əhatə edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir”, - Əliyeva bildirib.
Xəbər verildiyi kimi, prezident Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. **
F.İsazadə
“Tekfen” “SOCAR Polymer”in səhmlərini alıb
“Azhazelnut” BƏƏ-yə $200 min dəyərində fındıq ixrac edəcək
Azərbaycan prezidenti: “Laçın” tankeri Xəzərdə və Xəzərdən kənarda neft daşınmasını təmin edəcək
Abşeron RİH Xırdalanda küçə işıqlandırmasının təmirinə təxminən 130 min manat yönəldəcək
“Azərsu” Neftçala şəhərinin su təchizatı sisteminin yenidən qurulması üçün 5 milyon manat alacaq
Səfir: Senatın “erməni soyqırımı” ilə bağlı qətnaməsi Ağ Evin rəsmi mövqeyi deyil
Oreşkin: 2021-ci ilin yayında Həştərxanda Xəzər İqtisadi Forumu keçiriləcək
XİN: “Xəzər beşliyi”nin Yüksək Səviyyəli İşçi Qrupunun görüşü Moskvada keçiriləcək
2020 AccessBank üçün mənfəət ilidir
Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid
Gələn ilin yazında Azərbaycanda II Argus Neft Sammiti keçiriləcək
Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək