Almaniyanın iri şirkətlərinin – kənd təsərrüfatı və qida sənayesi üçün avadanlıq istehsalçılarının avtorizə edilmiş distribüteri “ICODS Hilmer” şirkəti sentyabrın 19-da Bakıda keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019 “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“ICODS Hilmer” sıralarında dünyanın 70 ölkəsindən olan 5 min şirkət və təşkilatı birləşdirən Caspian European Club ilə 2018-ci ildə əməkdaşlığa başlayıb və biz yaxın gələcəkdə sıx əməkdaşlığımız üçün açılan imkanlara görə şadıq”, - deyə Telman Əliyev söyləyib.
“ICODS Hilmer”in direktoru Yelena Hilmer 9-cu Beynəlxalq Caspian Energy Forum-2019 çərçivəsindəəməkdaşlığı faydalı və əhəmiyyətli hesab etdiyini bildirib. Onun sözlərinə görə, şirkət bundan sonra da Caspian European Club ilə əməkdaşlığı və regional miqyaslı əlamətdar hadisələri dəstəkləmək niyyətindədir.
Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkələrinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.
Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd”, “ AzəriKard” MMC və “AzerTelecom” var.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com
Şirkət haqqında: ICODS Hilmer GMBH 2008-ci ildən Almaniyanın GEA Farm Teсhnologies şirkətinin rəsmi idxalçısıdır. GEA Farm Teсhnologies heyvandarlıq və emal sənayesinin inkişafı və bu sahələrdə innovasiya texnologiyalarının tətbiqi üzrə dünya liderlərindən biridir. ICODS şirkəti Azərbaycanda aqrosənaye kompleksinin inkişafına böyük töhvə verib, 2019-cu ilədək 7 nəhəng heyvandarlıq fermasını layihələşdirib, avadanlıqla təchiz dib və yeni Avropa texnologiyaları tətbiq edib. Şirkət 2019-cu ildən bir neçə başqa brend zavodların – kənd təsərrüfatı texnikası istehsalçılarının məhsullarını və Almaniya, Avstriyanın avadanlıqlarını təklif edir. Onların sırasında torpağın şumlanması və yem hazırlanması üçün kənd təsərrüfatı qoşqu texnikasının istehsalçısı olan Pöttinger, enerji qurğuları istehsalçısı Weidemann, bioqaz qurğuları istehsalçısı Ecogas var. GEA/ICODS-un Bakı ofisində mütəmadi olaraq kənd təsərrüfatında innovasiyaların tətbiqi, fermaların genişləndirilməsi və yenidən qurulması, həmçinin yeni fermaların yaradılması, yem, süd və ət istehsalının səmərəliliyinin artırılması üzrə alman maliyyələşməsi ilə konsultasiya və seminarlar təşkil olunur.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət