2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda 4 mlrd. 453,7 mln. manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 6,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 mlrd. 230,4 mln. manat məbləğində heyvandarlıq, 2 mlrd. 223,3 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,1%, bitkiçilik məhsullarının istehsal həcmi 9,5% artıb.
Yanvar-iyul aylarında respublikada 289,3 min ton ət (artım 3%), 1 mln. 219,2 min ton süd (artım 1,7%), 1 mlrd. 93,4 mln. ədəd yumurta (artım 6,9%), 14,9 min ton yun (artım 1,5%) istehsal edilib. Bundan başqa, hesabat dövründə 643,2 ton barama istehsal edilib ki, bu da 21 il ərzində ən yüksək göstəricidir.
Avqustun 1-nə 3,22 mln. ton dənlilər və dənli paxlalı bitkilər (artım 7,5%), 576,3 min ton kartof (artım 7,9%), 1 mln. 11,4 min ton tərəvəz (artım 9,3%), 349,8 min ton bostan məhsulları (artım 13,5%), 244 min ton meyvə və giləmeyvə (artım 17,6%), 5,7 min ton üzüm (artım 37,5%), 476 ton çay (artım 11,1%), 2,8 min ton günəbaxan (artım 55%), 2,3 min ton tütün (artım 12,8%) və 5,4 min ton şəkər çuğunduru yığılıb.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət