“Biz tərəfimizdən təşkil olunan 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının neft və qeyri-neft sektorunu təmsil edən şirkət nümayəndələri arasında böyük maraq doğurmasına şadıq. Olduqca qısa müddət ərzində xeyli sayda şirkət partnyor olmaq arzusunu bildirmiş və forumda iştirak üçün deleqat qismində qeydiyyatdan keçmişdir. Bu, keçirdiyimiz beynəlxalq tədbirin əhəmiyyətindən xəbər verir. Sıx əməkdaşlıq etdiyimiz "Vien Group" sentyabarın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un partnyoru olub.9-cu Beynəlxalq Caspian Energy Forum “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
““Vien Group” Azərbaycan bazarında kifayət qədər fəal çalışır və sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club-un etibarlı partnyorudur. Biz bu şirkətlə əməkdaşlıqdan məmnunuq və partnyorluğumuzun gələcəkdə daha da fəallaşmasını arzu edirik”, - deyə Telman Əliyev söyləyib.
“Biz hər zaman sinergiya tapmağa və bütün dünya şirkətləri ilə sıx əməkdaşlıq qurmağa çalışırıq. Bu strategiyaya sadiq qalaraq Qazaxıstan, Rusiya Federasiyası, Sinqapur, Yaponiya və s. ölkələrin şirkətləri ilə uğurlu layihələr həyata keçirmişik. Sıx partnyorluq əlaqələri qurmaq və qarşılıqlı mənfəətli strategiyaya əməl etməklə məqsədə nail olmaq fəaliyyətimizin əsasını təşkil edir”, - deyə “Vien Group”un baş direktoru Qabil Mustafayev söyləyib.
Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.
Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “ICODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm” şirkəti və “AzeriСard” ASC də var
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com
Şirkət haqqında: “Vien Group” Azərbaycanda sürətlə inkişaf edən inşaat şirkətlərindən biridir. Tikinti işlərində, tikinti zamanı müvəqqəti qurğuların montajı üzrə layihələrdə, müxtəlif növ beton, metal və polad qurğuların istehsalında və quraşdırılmasında, müxtəlif növ boru sistemlərinin quraşdırılmasında, qaynaq işlərində, qumvurma və rəngləmə işlərində iştirak edən şirkət 5 ildir ki, Azərbaycanın tikinti, sənaye və neft-qaz sektorunun inkişafına öz töhvəsini verir.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət