27 sentyabr tarixində Bakıda "Sənaye və İnfrastrukturun Modernləşdirilməsi" mövzusuna həsr olunmuş Alman-Azərbaycan biznes forumunu təşkil ediləcək. Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) məlumat verilir.
Forum Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə keçiriləcək.
Forumun əsas mövzuları maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, və kənd təsərrüfatı və qida sənayesidir.
“Tədbirin əsas məqsədi Alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməsi və öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır”, - məlumatda deyilir.
Forumun açılış mərasimində Alman və Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir. **
N.Abbasova
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Fevralda Qarsda keçiriləcək Azərbaycan və Türkiyə hərbi təlimləri Ermənistanı qorxudub
Bayden ABŞ-ın 46-cı prezidenti oldu
Türkiyə sahillərində batmış yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik