Neft sektoru dövlət büdcəsinin gəlirləri və Azərbaycanın ticarət balansının müsbət saldosunun formalaşmasında aparıcı rol oynayır. 2019-cu ilin birinci yarısının yekunları üzrə Azərbaycanın bütün ixracının 76,87%-i neft ixracının payına düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan $7 mlrd. 671 mln. 234,27 min məbləğində bəyan edilmiş neft ixracı 15 mln. 833,151 min ton təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi 16,7% artıb, dəyər ifadəsindəartım 10,4% təşkil edib.
Lakin yalnız ölkənin neft ixracının həcmi və əldə olunan gəlir deyil, həm də Azərbaycandan hansı ölkələrin neft aldığı maraqlıdır. Əfsuslar olsun ki, Gömrük Komitəsi müvafiq məlumat təqdim etmir. Lakin, “İnterfaks-Azərbaycan” agentliyi rəsmi məlumatlar əldə etməyə müvəffəq olub.
2019-cu ilin birinci yarısının məlumatının təhlili göstərir ki, Azərbaycan neftinin ixrac coğrafiyası kifayət qədər genişdir və əsasən, Avropa və Asiya ölkələrini əhatə edir. Azərbaycan neftininn alıcıları siyahısında aşağıdakı ölkələr yer alır: Rusiya (çox az həcmdə - İF), Ukrayna, Almaniya, Avstraliya, Böyük Britaniya, Çexiya, Vyetnam, Yaponiya, Yunanıstan, Rumıniya, Avstriya, Bolqarıstan, Xorvatiya, Niderland, Tayland, Tayvan, Türkiyə, İtaliya, İspaniya, Fransa, Kanada, Hindistan, Çin, İsrail, Portuqaliya. Eyni zamanda, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan neft idxalının həcmi üzrə lider ötən ilin analoji dövrü ilə müqayisədə İtaliya qalır.
Ümumilikdə, bir il öncə olduğu kimi, Avropa ölkələri Azərbaycan neftinin ən iri alıcıları sırasına daxildirlər. Buna baxmayaraq, cari ildə Çin ikinci mövqe ilə TOP-10-a daxil olub, üçüncü yerdə Hindistan qərarlaşıb. “İtkisiz”keçinmək mümkünolmayıb – cari il ABŞ və İndoneziya Azərbaycan neftinin idxalçıları sırasından çıxıb. Eyni zamanda, Kanada və Tayvan Azərbaycan neftinin alışını dəfələrlə azaldıb. Bunun səbəbləri məlum deyil, lakin təcrübə göstərir ki, “müqəddəs yer boş qalmır”, bir alıcı digəri ilə əvəzlənəcək, əsas odur ki, təklif etməyə nə isə olsun.
Azərbaycan neftinin əsas idxalçılarının siyahısı aşağıda verilmişdir:
2018-ci ilin I yarısında ölkələr üzrə neft ixracına dair məlumatlar
"2018-ci ilin yanvar-iyun ayları | ||
Ölkə | həcm (ton) | dəyər (min) |
İtaliya | 3683 453,29 | $1887161,33 |
İsrail | 1406268,3 | $708672,73 |
Tayvan | 979 174,34 | $509670,71 |
İndoneziya | 884 257,71 | $462 566,06 |
Hindistan | 694 077,94 | $380106,05 |
Kanada | 681 840,5 | $350 496.36 |
Çexiya | 674 663 | $345342,51 |
Almaniya | 619146,68 | $316999,19 |
Portuqaliya | 600 557,7 | $319 536,66 |
ABŞ | 477280,6 | $246 271,17 |
Fransa | 427661,83 | $218 470,95 |
Çin | - | - |
Böyük Britaniya | 363352,79 | $191088,71 |
İspaniya | 362786,98 | $180269,96 |
2019-cu ilin I yarısında ölkələr üzrə neft ixracı
2019-cu ilin yanvar-iyun ayları |
2018-ci ilin 6 ayı ilə müqayisə |
|||
Ölkə | həcm (ton) | dəyər (min) | Miqdar ifadəsində |
Dəyər ifadəsində |
İtaliya | 5 663 739,65 | $2 749 936,03 | +53,7% | +45,7% |
Çin* | 1 310 857,01 | $667 055,120 | ||
Hindistan | 1 245 448,91 | $624 527,35 | +79,4% | +64,3% |
Almaniya | 1167 450,1 | $554 720,55 | +88,5% | +74,9% |
İsrail | 1 140 912,05 | $544 456,79 | - 18,9% | - 23,2% |
İspaniya | 895 133,33 | $425 533,76 | +2,5 dəfə | + 2,4 dəfə |
Çexiya | 678 411,49 | $331 254,43 | +0,55% | -4,1% |
Fransa | 530 804,26 | $253 271,68 | +24,1% | +15,9% |
Böyük Britaniya | 454 258,92 | $220 135,42 | +25% | +15,2% |
Portuqaliya | 452 084,56 | $212 702,03 | -24,7% | -33,4% |
İndoneziya** | - | - | ||
ABŞ** | - | - | ||
Kanada | 46 418,56 | $24 040,73 | - 14,7 dəfə | - 14,6 dəfə |
Tayvan | 155 108,85 | $73 895,42 | - 6,3 dəfə | - 6,9 dəfə |
* Çin 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan neft almayıb
** İndoneziya və ABŞ 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan neft almayıb.**
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət