Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı yeni səfiri Ceyms Şarp iki ölkə arasında ticarət və energetika sahələrində əməkdaşlığı yeni səviyyəyə çıxarmaq niyyətindədir.
“Bakı ilə London arasında güclü və tarixi əlaqələr mövcuddur. Mən bu əlaqələri daha da inkişaf etdirmək, münasibətləri yeni mərhələyə qaldırmaq niyyətindəyəm. Bura siyasi münasibətlərimizi gücləndirmək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləmək və hazırda yüksək səviyyədə olan ticarət və enerji məsələlərində əməkdaşlığımızı genişləndirmək kimi məsələlər aiddir", - deyə səfir Facebook sosial şəbəkəsində yayılan videomüraciətində bildirib.
O qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən və Britaniya üçün əhəmiyyət kəsb edən bir ölkədir.
“Mən eyni zamanda, təhsil, turizm, idman və mədəniyyət kimi sahələrdə iki ölkənin vətəndaşları arasındakı əlaqələri daha da gücləndirmək istəyirəm. Bundan başqa, demokratiya və insan hüquqları ilə bağlı açıq və məhsuldar dialoqda maraqlıyam”, - deyə C.Şarp vurğulayıb.
Hazırda Azərbaycanda 437 Britaniya şirkəti fəaliyyət göstərir, bu ölkə tərəfindən Azərbaycan iqtisadiyyatına $28 mlrd. sərmayə qoyulub.
2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 61,1% artıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət