Sentyabrın 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib. “Hyatt Regency Baku” otelində baş tutan görüşü “Caspian European Club” təşkil edib. Bu barədə “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
T.Əliyev bildirib ki, son illərdə bir çox Azərbaycan şirkətləri fəal şəkildə xaricdə öz nümayəndəliklərini, idarə və müştərək müəssisələrini yaradırlar: “Beləliklə, xaricdə Azərbaycan diasporu təmsilçilərinin yeni nəsli formalaşır. Onlar Diasporla İş üzrə Dövlər Komitəsi ilə sıx əlaqələrin yaradılmasında maraqlıdırlar”.
Tədbir iştirakçılarını salamlayan Komitə sədri müasir dünyada diasporun əhəmiyyəti və Azərbaycan diasporunun vəziyyəti barədə danışıb. Bu sahədə görülən işlərə diqqəti yönəldən F.Muradov bildirib ki: “Azərbaycan dövlətinə, dövlətçiliyimizə, milli maraqlarımıza sadiq olan, xidmət edən bütün təşkilatlarla, insanlarla əməkdaşlıq etməyə hazırıq. Bu gün dünyada 500-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Çalışırıq ki, soydaşlarımızın birliyi daha da möhkəmlənsin. Ölkə başçısı möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Diasporuna Dəstək Fondu” yaradılıb. Təbii ki, Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan verir. Heydər Əliyev fondu tərəfindən, ölkəmizin I Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə milli-mənəvi irsimizin təbliği, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq aləmə bəyan edilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Bütün bunlar həm soydaşlarımızın müxtəlif ölkələrdə təşkilatlanması, həm Azərbaycan diasporunun fəaliyyətinin stimullaşdırılması baxımından çox mühümdür. Öz növbəsində, xaricdə şirkətlərin nümayəndəliklərinin yaradılması da bu işlərə təkan verə bilər. Eyni zamanda, bizim diaspor təşkilatları da nümayəndəliklərə öz dəstəyini göstərə bilər. Yəni ümumilikdə bu işlər xaricdə ölkəmizin maraqlarının daha etibarlı şəkildə qorunmasına və Azərbaycan diasporunun inkişafına kömək edər”. Komitə sədri, eyni zamanda, qarşıya qoyulmuş vəzifələr və perspektivlər barədə də öz fikirlərini bölüşüb.
“CEO Lunch Baku”nun iştirakçıları qeyri-formal şəraitdə müxtəlif mövzuları müzarirə ediblər və onları maraqlandıran suallara cavab almaq imkanı qazanıblar. Komitə sədrinə “Caspian European Club”ın fəxri üzvünün sertifikatı təqdim olunub.
CEO Lunch– netvorkinq üçün nadir platformadır. Bu platforma çərçivəsində yaradıcı zümrənin nümayəndələri, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi etmək imkanına malikdirlər.
Azərbaycanda hər ay təşkil olunan CEO Lunch Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulması üçün əsas vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.
CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət