Ukrayna Azərbaycanla müntəzəm aviareyslərin artmasında maraqlıdır. Bunu Ukraynanın infrastruktur nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Viktor Dovqan deyib.
5-6 sentyabr tarixlərində Dovqan Azərbaycana səfər edib. Səfər çərçivəsində o, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və TRACECA Hökumətlərarası Komissiyasının milli katibi Akif Mustafayevlə görüşüb. Bu barədə Ukraynanın Bakıdakı səfirliyindən məlumat verilir.
“Dovqan və Vəlizadə, xüsusilə Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) ilə daşımaların təşkilində iki ölkənin mühüm tranzit potensialının reallaşdırılması məqsədilə nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın aktivləşməsi perspektivləri, əlavə yükdaşımaların cəlb olunması və bu istiqamətin rəqabətədavamlılığını artırmaq məsələlərini müzakirə ediblər. Ukrayna tərəfi iki ölkə arasında müntəzəm aviareyslərin artmasında maraqlı olduğunu ifadə edib”, - məlumatda deyilir.
Məlumata əsasən, Dovqan və Məmmədov nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın daha da səmərəli olmasının təminatı nöqteyi-nəzərindən iqtisadi tərkib məsələsi, gələcəkdə, o cümlədən TRACECA dəhlizi çərçivəsində sərnişin və yük daşımalarının sadələşdirilməsini müzakirə ediblər.
“Dovqanın Mustafayev ilə görüşü TRACECA-nın çoxtərəfli formatda yeni konkret layihələrinin reallaşdırılması imkanlarına həsr olunmuşdu. Həmsöhbətlər təşkilatın fəaliyyətinin ”effektivliyinin artırılması perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilir.
Səfirlik qeyd edir ki, həmçinin Dovqan TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mircea Ciopraga ilə bu məsələlərin müzakirəsini davam etdirib.
“Həmsöhbətıər təşkilatın formatında hərtərəfli əməkdaşlığın effektiv təminatı kontekstində Hökumətlərarası Komissiyanın işinin təşkili məsələlərinə dair fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır. **
F.İsazadə
Əliyev: Azərbaycan iqtisadiyyatında inhisarlara son dövrüdür
Dünya Bankı COVİD-19 əleyhinə mübarizə üçün Azərbaycana $95 milyon ayıra bilər
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında artım qeydə alınıb
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Vüsal Qasımlı: Qarabağda tikinti bumu bütün iqtisadiyyatı canlandıra bilər
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?