SOCAR cari ilin oktyabr ayında H.Əliyev adına Bakı Neft Emalı Zavodunun planlı təmirə dayandırılacağı ilə əlaqədar Rusiyadan və Qara dəniz regionu ölkələrindən AI-92 markalı avtomobil benzini idxal etməyi planlaşdırır.
“İdxal olunan yanacağın həcmi BNEZ-dəki əsas qurğuların işinin dayandırılmasının gedişində qəti surətdə müəyyənləşdiriləcək. AI-92 markalı benzinin böyük hissəsinin Rusiyadan, eləcə də Qara dəniz hövzəsi ölkələrindən idxal edilməsi planlaşdırılır”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
2018-ci ildə Azərbaycan $58 mln. 913,7 min dəyərində 72 min 596,05 ton «AI-92» markalı avtomobil benzini idxal edib. “AI-92” markalı avtomobil benzininin ümumi idxal həcmində $32 mln. 18,4 min dəyərində 39 min 937,5 ton benzin Rusiyadan, $26 mln. 895,3 min dəyərində 32 min 658,55 ton benzin Böyük Britaniyadan tədarük olunub.
2018-ci ildə “AI-92” markalı benzin IV rübdə idxal edilib. İdxal Bakı Neft Emalı Zavodunda modernləşdirmə və yenidənqurma layihəsi çərçivəsində aparılan təmir işləri ilə bağlı olub. Təmir işləri zamanı zavodun fəaliyyəti qismən dayandırıldığı üçün “AI-92“ markalı benzin istehsal olunmurdu.
Nazirlər Kabinetinin qərarı ilə 1 oktyabr 2018-ci il tarixindən Azərbaycanda “AI-95” və “AI-92” markalı benzin idxalı 90 gün müddətinə gömrük rüsumlarından (əvvəllər rüsum 15% idi) azad edilib.
BNEZ-də yalnız “AI-92” markalı benzin istehsal edilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət