Azərbaycan cari ilin iyul ayında 24 OPEC və qeyri-OPEC ölkələri arasında imzalanan “Əməkdaşlıq Xartiyası”nın təsdiqi üçün dövlətdaxili prosedurlara başlayıb.
“Xartiyanın dövlətdaxili prosedurlardan keçməsi üçün OPEC Katibliyi tərəfindən Azərbaycana təqdim olunub və hazırda baxılma mərhələsindədir”, - Energetika nazirinin müşaviri, mətbuat katibi Zəminə Əliyeva “İnterfaks-Azərbaycan”a bildirib.
O xatırladıb ki, Xartiyanın məqsədi OPEC+ formatının iştirakçı ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, neft bazarında sabitliyin təminatı məqsədilə əlaqələndirmənin gücləndirilməsidir.
Eyni zamanda, Əliyeva sənədin Milli Məclisdə mümkün ratifikasiyası tarixi barədə məlumat verməyib.
Öncə OPEC-in baş katibi Məhəmməd Barkindo jurnalistlərə məlumat verib ki, OPEC+ sazişində iştirak edən bir sıra ölkələr yeni Xartiyanı artıq ratifikasiya edib. Onun sözlərinə görə, ratifikasiya hər bir ölkə üçün individual prosesdir.
"Ancaq bəzi ölkələr artıq bunu edib. Məsələn, Omanla İraq parlamentlərinin Xartiyanı artıq təsdiqlədiklərini söyləyib", - o deyib.
İyulun əvvəlində 24 OPEC və qeyri-OPEC ölkənin imzaladığı Xartiya ölklırin dünyanın enerji balansının əsas elementi kimi neftin uzunmüddətli istifadəsinə dair enerji siyasətinin dəstəklənməsi, həmçinin neftin ekoloji adının yaxşılaşmasına yardım nəzrəd tutur.
Xartiya könüllü xarakter daşıyır və hər hansı bir hüquqi öhdəlik nəzərdə tutmur. İstənilən iştirakçı ölkə Nazirlər görüşünün həmsədrlərini məlumatlandıraraq Xartiyadan istədiyi vaxt çıxa bilər. O cümlədən, sənəd ildə ən azı bir dəfə OPEC+ ölkələrin Nazirlər görüşünün, ildə iki dəfə isə texniki ekspertlıərin görüşünün keçirilməsini nəzərdə tutur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət