"Visa" beynəlxalq ödəniş sistemi və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda nağdsız ödənişlərin payının artırılması istiqamətində birgə fəaliyyəti davam etdirəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi xəbərə görə, bu, iki qurum arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulub.
"Visa"nın Qafqaz üzrə regional meneceri Kristina Doroş qeyd edib ki, memorandum ölkədə rəqəmsal ödənişlərin inkişafına təkan verəcək. "Sənəddə, həmçinin müasir ödəniş vasitələrindən istifadənin genişləndirilməsi, rəqəmsal biznesin dəstəklənməsi və Azərbaycan əhalisinin maarifləndirilməsi nəzərdə tutulur", - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov qeyd edib ki, memorandum, həmçinin "kartla ödənişlər zamanı fırıldaqçılıq hallarının qarşısının alınmasına, maliyyə inklüzivliyinin gücləndirilməsinə, eləcə də qabaqcıl texnologiyaların öyrənilməsinə və ölkədə tətbiq olunmasına imkan verəcək.
Prezident İlham Əliyev 2018-ci il sentyabrın 26-da “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edib. Bu proqramın həyata keçirilməsi sayəsində Azərbaycan Mərkəzi Bankında iqtisadiyyatda nağd tranzaksiyaların payının 74%-dən (2017-ci ildə) 40%-dək (2020-ci ildə) azalacağı gözlənilir. 2018-2020-ci illərdə nağdsız hesablaşmaların həcminin ildə 17 mlrd. manat ($10 mlrd.) artacağı proqnozlaşdırılır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət