Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski GUAM-ı təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə edilməsi üçün yaxşı platforma hesab edir.
“GUAM təkcə iqtisadiyyatın deyil, təhlükəsizlik, kibertəhlükəsizlik məsələlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələri arasında müxtəlif məsələlərin müzakirəsi üçün yaxşı platformadır. GUAM yeni əməkdaşlıq formalarını axtarmağa davam edir - GUAM + Yaponiya, GUAM + ABŞ, GUAM + Vişeqrad qrupu. Bu, əməkdaşlıq və qarşılıqlı fəaliyyət formatını inkişaf etdirməyə və genişləndirməyə imkan verəcək", – deyə V.Kanevski bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ilin yayında Kiyev GUAM-ın baş katibi ilə təşkilata sədrlik məsələsini müzakirə edib.
Bundan əlavə, GUAM çərçivəsində bir sıra plan və layihələr barədə də söhbət gedib. İlk növbədə, bu, azad ticarət zonasının yaradılmasıdır ki, bu da ölkələrimizin iqtisadiyyatının inkişafında müsbət məqam olacaq. Böyük İpək Yolu layihəsinə, Asiya-Avropa logistika zəncirinə tələbat var", – deyə səfir qeyd edib.
Kanevski əlavə edib ki, oktyabr ayında GUAM-ın baş katibi ilə yeni görüş keçiriləcək. Görüşdə bir sıra layihələrin reallaşdırılması məsələsi müzakirə ediləcək.
"Biz GUAM-ın potensialından tam istifadə etmirik", - deyə diplomat vurğulayıb.*
F.İsazadə
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında azalma qeydə alınıb
Azərbaycan 2026-cı ilədək 11 mindən çox şəhid ailəsi və müharibə əlilini mənzillə təmin edəcək
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Putin və Paşinyan Ermənistanda vəziyyəti müzakirə ediblər
RF MN-də hesab edirlər ki, “İsgəndər”in tətbiqi ilə bağlı Paşinyana yanlış məlumat verilib
Ermənistan müxalifətçiləri İrəvanın mərkəzi prospektində çadır qururlar
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Qarabağin bərpasinda “Rəqəmsal Nəslin” rolu
Qarabağın xristian memarlığı və onun abidələrinə təhdid
“Moskovski komsomolets”: Qarabağın işğalı zamanı ermənilər oradakı bütün rus kilsələrini dağıdıblar