2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 30,9 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,2% artıb.
Cari ilin yanvar-avqust aylarında sənaye məhsulunun 70%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 80,1%, kompüter, elektron və optik məhsulların istehsalı 78%, içkilərin istehsalı 44,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 35,8%, tütün məmulatlarının istehsalı 32,2%, kimya sənayesi məhsullarının istehsalı 30,7%, mebel istehsalı 30,4%, kağız və karton istehsalı 26,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4%, qida məhsullarının istehsalı 15,7%, poliqrafiya məhsullarının istehsalı 12%, maşın və avadanlıqların istehsalı 4,6%, tikinti materiallarının istehsalı 4,2%, geyim istehsalı 8,1%, neft məhsullarının istehsalı 1,6% artıb.
Hesabat dövründə əczaçılıq məhsullarının istehsalı 9,8%, elektrik avadanlıqlarının istehsalı 11,1%, sair nəqliyyat vasitələrinin istehsalı 14,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,5% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 47,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət