Sentyabr ayının sonunadək Bakı və Tbilisi Azərbaycan-Gürcüstan dövlət sərhədinin razılaşdılmamış sahələrinin delimitasiya və demarkasiyası üzrə ekspertlərin görüşünün ikinci mərhələsini keçirəcək. Bunu xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
“İş davam edir. Sentyabrın sonunadək ekspertlər görüşünün ikinci mərhələsini keçirəcəyik. Görüşün yekunlarına dair Tbilisidə delimitasiya və demarkasiya üzrə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsinə dair qərar qəbul edəcəyik”, - Xələfov “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, 19-23 avqust tarixlərində keçirilən eksperlətin ilk görüşündə tərəflər ayrı-ayrı hissələrə birgə baxış keçiriblər.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə işlər 1996-cı ildən aparılır. Bu proses çərçivəsində tərəflər dövlət sərhədinin 480 km-lik hissəsinin 314 km-ni razılaşdırıblar.
Komissiyanın sonuncu iclası cari il mayın sonunda Bakıda keçirilib.
2019-cu il iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir edib.
Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı¬sa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərə¬findən ərazidə təhlükə¬sizlik tədbirləri təmin edilib.
İyulun 15-də Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib. XİN iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndirib.
İyulun 16-da xarici işlər nazirinin müavini X.Xələfov qeyd edib ki, dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. K”eşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub№.
O bildirib ki, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib.
"Keşikçidağ" monastır kompleksi Azərbaycan ərazisində yerləşir. Bununla belə, Gürcüstan ictimaiyyətinin nümayəndələri bu kompleksin onlara aid olduğunu iddia edir və daim hər iki ölkənin sərhədində müxtəlif insidentlər törədirlər.**
F.İsazadə
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət