“Azərkosmos” ASC “Azerspace-2” peyki vasitəsilə Afrika qitəsində rabitə xidmətləri təqdim etməyi planlaşdırır. Bu barədə cəmiyyətin elanında deyilir.
“Azərkosmos” Afrika regionunda peyk üzərindən internet həlləri təklif edən “İntersat” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Azərkosmos” “Azerspace-2” peyki vasitəsilə bütün Afrika qitəsində etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək”, - deyə məlumatda bildirilir.
“Azərkosmos” və “İntersat” şirkəti arasında müqavilə 12-16 sentyabr tarixlərində Amsterdam şəhərində keçirilən “IBC 2019” beynəlxalq sərgi-konfransı çərçivəsində imzalanıb.
“Bununla da “Azerspace-2” peyki Afrikanın ucqar bölgələrində rəqəmsal informasiyaya çıxışla bağlı problemin aradan qaldırılmasına öz töhfəsini verəcək. Hazırda Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” Afrika qitəsinin 2/3 hissəsinə internet xidməti göstərir. Afrika “Azərkosmos”un biznesinin əsas coğrafiyasıdır və şirkət bu regionun aparıcı telekommunikasiya şirkətləri ilə əməkdaşlıqlar qurur”, - deyə məlumatda qeyd olunur.
““Azərkosmos”la əməkdaşlığımız bizə imkan verəcək ki, Afrikadakı müştərilərimizi keyfiyyətli genişzolaqlı rabitə ilə təmin edək”, - deyə “İntersat” şirkətinin direktoru Hanif Kassam bildirib.
“Azerkosmos” 2019-cu ildə “Azerspace-2” peykinin kommersiya istismarından $16,5 mln. məbləğində gəlir əldə etməyi nəzərdə tutur.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. Peyk 2019-cu il fevralın 1-dən etibarən kommersiya fəaliyyətinə başlayıb və istismar müddəti 20 ildir. “Azerspace-2” peykinin istismarından kommersiya gəlirləri $400 mln. məbləğində proqnozlaşdırılır.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət