Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş poçt markalarını tədavülə buraxıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
Buraxılış 11 növ 20 ədəd (4x5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165x185 mm, markaların ölçüsü 40x28 millimetrdir.
Sra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, 16, 17 və 19 olan markaların dizaynı eynidir. Həmin markalarda simvolik olaraq “əl tutub görüşən”, formaca 25 rəqəmini xatırladan neft boruları təsvir olunub.
Dgər markaların üzərindəki təsvirlər aşağıdakı qaydadadır:
№2. “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin loqotipi;
№4. “Çıraq” platforması;
№5. “Mərkəzi Azəri” platforması;
№7. Səngəçal terminalı;
№10. “Şərqi Azəri” platforması;
№12. “Qərbi Çıraq” platforması;
№13. “Dərinsulu Günəşli” platforması;
№15. “Qərbi Azəri” platforması;
№18. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri;
№20. Ceyhan terminalı.
“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovundizayn etdiyi poçt vərəqi 20 min tirajla BelarusunBobruysk şəhərində çap olunub.
Həmçinin xüsusi xatirə möhürü və 5,5 min ədəd Birinci gün zərfləri də hazırlanıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət