Azərbaycan və Rusiya Federasiyasının Stavropol diyarı kənd təsərrüfatı, aqrar məhsulların emalı, sənaye və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Stavropolun İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Müzakirələr diyarın Ticarət və Sənaye Palatasında Azərbaycan və Stavropol iş adamlarının iştirakı ilə qarşılıqlı xarici iqtisadi əlaqələrin inkişafına həsr olunmuş dəyirmi masada aparılıb.
“Stavropol diyarı ilə Azərbaycanı kənd təsərrüfatı, turizm və iqtisadiyyatın digər sahələrində uzunmüddətli əməkdaşlıq birləşdirir. Xarici iqtisadi əlaqələrin qurulması və inkişafı Stavropol diyarı hökumətinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Bu cür görüşlər regionumuza xarici sərmayə cəlb etməklə yanaşı, Stavropol mallarının beynəlxalq bazara çıxışını da təmin edir”, – deyə Stavropol diyarının iqtisadi inkişaf naziri Sergey Krınin bildirib.
Azərbaycanlı iş adamları isə qeyd ediblər ki, uzun müddətdir Stavropol diyarını xüsusilə turizm sahəsinə investisiya qoyuluşu üçün platforma kimi nəzərdən keçirirlər.
Öz növbəsində, Stavropol iş adamları Azərbaycana öz mallarının tədarükünün genişləndirilməsi imkanları ilə maraqlanıblar. Qeyd edilib ki, Stavropol diyarı kənd təsərrüfatı məhsullarının, mineral gübrələrin ən iri istehsalçılarından biridir və xarici bazarlarda bu məhsullara tələbat var.
Görüşdən sonra tərəflər işgüzar dairələr arasında birbaşa qarşılıqlı əlaqələri inkişaf etdirmək məqsədilə Stavropol və Azərbaycan arasında daimi biznes-missiyaların təşkil edilməsi barədə razılığa gəliblər. Bundan əlavə, görüşdə diyara turist axınının genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsinə dair təkliflər müzakirə edilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət