Beynəlxalq Valyuta Fondu (BVF) 2019-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
Fondun “İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu proqnozlarına əsasən, 2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $7,01 mlrd. təşkil edəcək.
Cari ilin aprel ayında BVF Mərkəzi Bankın ehtiyatlarının $6 mlrd.-dək artacağını proqnozlaşdırmışdı.
Fondun yenilənmiş proqnozlarına görə, 2020-ci ildə AMB-nin ehtiyatları $7,31 mlrd.-a qədər artacaq (aprel proqnozu - $6,3 mlrd.).
BVF 2021-ci ildə AMB-nin ehtiyatlarının $7,61 mlrd.-dək, 2022-ci ildə $7,91 mlrd.-dək, 2023-cü ildə $8,21 mlrd.-dək, 2024-cü ildə isə $8,51 mlrd.-dək artacağını proqnozlaşdırır.
Beləliklə, 2019-2024-cü illərdə Mərkəzi Bankın ehtiyatları 21,4% artacaq.
Fondun qiymətləndirmələrinə əsasən, AMB-nin ehtiyatları qeyri-neft idxalı xərclərini 2019-cu ilin yekunları üzrə 5,9 ay, 2020-ci ildə 6,3 ay, 2021-ci ildə 6,8 ay, 2022-ci ildə 7,4 ay, 2023-cü ildə 7,8 ay, 2024-cü ildə isə 8,3 ay ərzində ödəmək üçün kifayət edəcək.
30 avqust 2019-cu il tarixinə AMB-nin valyuta ehtiyatları təxminən $6,01 mlrd. təşkil edir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət