Azərbaycanın xarici işlər naziri Elmar Məmədyarov hesab edir ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırlmasında ABŞ-ın dəstəyi vacibdir.
“Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizinin bir hissəsi olmasa da, ABŞ ilə möhkəm tərəfdaşlıq və sonuncunun dəstəyi enerji marşrutlarının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından vacib olub”, - Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivısində “2019 Xəzər Biznes Forumu”nda çıxışı zamanı bildirib.
“ABŞ-ın diplomatik səyləri və Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tamamlanmasına töhfə verən Amerika şirkətlərinin iştirakı Cənub Qaz Dəhlizinin uğuru üçün də vacibdir”, - nazir qeyd edib.
O vurğulayıb ki, ABŞ tikinti materialları, işçiləri və podratçıları Azərbaycanda və Avropada bu layihələrin inşası, inkişafı və istismarı baxımından həm maddi, həm də yaxından iştirak edirlər – bura ümumi dəyəri 2 milyard ABŞ dollarından çox olan müqavilələrlə 20-dən çox iri podratçı kontraktorlar (məsələn, Baker Hughes, Bechtel, Cameron, Emerson, GE, KBR, Schlumberger və Siemens) daxildir.
“Azərbaycan Asiya ilə Avropa arasındakı təbii körpü olaraq, ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir, eyni zamanda ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır. 2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb - əvvəlki ilə nisbətən 10% artım olub”, - Məmmədyarov bildirib.
Həmçinin, nazir məlumat verib ki, ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə yatırıb. “Eyni şəkildə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard ABŞ dollarından çox investisiya qoymuşdur. 250-dən çox ABŞ şirkətləri Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətlərini təşkil ediblər”, - XİN başçısı vurğulayıb.
O, həmçinin qeyd edib ki, Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları və investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak ediblər.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir. **
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət