"Azərkosmos" ASC 7 ay ərzində “Azerspace-2” peykinin istismarından $14,1 mln. həcmində gəlir əldə edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Bu gün Azərbaycan Respublikasının üçüncü peyki – “Azerspace-2” peykinin orbitə buraxılmasından 1 il keçir. Peyk 2019-cu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayıb.
“Yeddi ay ərzində peykdən $14,1 mln. həcmində gəlir əldə edilib. “Azerspace-2”nin tutumlarının 80%-i ödənişli əsaslarla istismar olunub”, - deyə məlumatda bildirilir.
“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir.
“Azərkosmos” 2019-cu ildə “Azerspace-2” peykinin kommersiya istismarından $16,5 mln. məbləğində gəlir əldə etməyi nəzərdə tutur.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. Peyk 2019-cu il fevralın 1-dən etibarən kommersiya fəaliyyətinə başlayıb və istismar müddəti 20 ildir. “Azerspace-2” peykinin istismarından kommersiya gəlirləri $400 mln. məbləğində proqnozlaşdırılır.
Bundan başqa, Azərbaycanın daha iki peyki - "Azerspace-1" (2013-cü il fevralın 9-da orbitə buraxılıb) və «Azersky» (2014-cü ilin iyun ayında orbitə buraxılıb) da istismar olunur.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət